Balaca Qız 2歌詞

添加日期:2024-01-05 時長:04分34秒 歌手:Payam Turk

作詞 : Payam Amani
作曲 : Payam Amani
Bir dənə tənha ağac şəhərdən kənar bitir
Elə bil bəşərin gözündən bu itir, bitir bu yaşa qədər
Tənində didik-didik uzun yaşlı yadigarlar
Külək əsər, ya qarlar, yerində durar ağac
Bir gün insanlar qırdığı ailəsi və dostlarına
Fikirləşərkən yaşayırdı, güvərirdi insana gül verirdi
Amma bilək bunu
Anmaq olsaydı bəşərdə güllədən pis yaralardır bu güllər
Baharın əvvəlləri, qışın axırları idi
Uzaqdan yaxınlaşırdır bir oğlan bir qız
Ağaca sərinlik gəlirdi, ürək olurdu buz
Aydan, ildən bir buralara axı kimdir gələn, kimdir gedən?
Gələn varsa, kimdir didən, kimdir dələn?
Kimdir itirib axtaranı və kimsə bağlamır yaranı
Ağaca yaxınlaşıb, gəlib çatırlar qərara
Tutur oğlan qızın əllərindən, edir çara
Bax gör tanrı nə yaradıb, nələrə qadirdir, nələrə
Mən sənə nə qədər inana bilərəm, Payam?
Mənim dağ yarmada əlim yoxdur
Amma Şəhriyar kimi şeirlər yazaram adınla
Onda mən dünyanın ən xoşbəxt qızı olaram, hə?
Hə, günəşim, hə, elədir
Ağac balaca qızdan çox fikir verdi bu sözlərə
Nədənsə tanış gəlirdi kəlmələr
Əyildi qol budağıyla yaxşı baxdı oğlana
Elə bil, elə bil ağacda bir od qalandır
Bu həman canavardır, həman dadlı yaralardır
Ağacın dişi kəsirdi boğarsığın, balaca qız açdı başın
Vallah azdır yaşın, vallah azdır yaşın
At gəl quzğundur, bunun daşın
Oğlan gördükcə balaca qızın gözəlliyini
Gedirdi yox kimi belə şərəfi yadından
Doymaq olmaz, bundan gərək dadam dadından
Oynadıb çalam tarından
Ağac dözə bilmədir, qalmadır sakit
Oğlanı eylədi rakit, tutarkən onun dalından
Dedi ki, utan yaşından bakirədir
Bir az da dil töksən, keçər canından
İmkan olsaydı əgər, boğardı onu bir qol budağından
Oğlan bilmədi kim çağırdı, döndü, verdi, amma cavab
Bu qədər bəs edər mən olan deyir yolumu azam
Başqa birinə quyumu qazam, bu dünya quruluşuğudur
Rəhm eləyən rəhmə qalar duruluşuğudur
O cür ki, fikir etsən, məndə də yoxdur o qədər çoxlu günah
Gedirəm əyri bir rah bilirəm, amma bacarmıram
Bu mənim istədiyim deyir, amma qaçammıram
Bilmirəm kimdə günah, bilmirəm kimdə günah
Balaca qız axdı, verdi oğlana lazım olan vaxtı
Həyatın qapısından baxıb, amma pəncərədən qalxdı
Və də pozuldu baxtı, axır ki, oğlan taxdı qızın ürəyindən
Ailədən görmədiyi bir məhəbbəti
Bəs deyirdin heç bir kəsi bu qədər sevə biləni dəyirsən axı?
Dünyanın quruluşuğu budur
Hər gəlişin bir gedişi var, məndə o hisslər ölüblər artıq
Xəyanət eylədin mənə, aldandım, inandım, aldandım
Mən Yusif peyğəmbər deyirəm ki
Bir şey olubdursa da, bu arada buna hər ikimiz razılaşmışıq
Şərəfsiz...
Oğlan hər birilərimiz tək məqsədə çatan kimin əndi
Həyatın süfrəsi qəmdir, kim bilir nədir illət
Bir dünya qaldır böyük bir zillət, inancılarla zəifi boğan bir millət
Bir də balaca qızın yorğun ayaqları və uzun yolları
Dalısıcan uçurdu bütün polları
O gedən yolları geri qayıtmaq olmur, durmur, heç kimə
Ummur gözlərin yummur
Neçə vaxtdır gedir ağaca tərəf ömrü tələf
Ağacın özü ilə bir od qalayır tənini bütün vodkalayır
Bağrına basır, onu qucaqlayır, geri dönmək olardı kaş
Gözəldir göz qaş
Ağrıdan qışqırtı və iki damla yaş...
更多>

喜歡【Payam Turk】您也可能喜歡TA們的歌詞…

更多>

最新歌詞